AZƏRBAYCAN RESPUBLİKASI ELM və TƏHSİL NAZİRLİYİ

NEFT VƏ QAZ İNSTİTUTU

Xəbər

2023-12-18 11:22:38 307

Neft və Qaz İnstitutun əməkdaşı sertifikatla təltif olunub

AMEA-nın Şəki Regional Elmi Mərkəzinin təşkilatçılığı ilə Şəki şəhər Heydər Əliyev Mərkəzində “Heydər Əliyev İli” çərçivəsində “Regionlarda elmin inkişaf strategiyası Heydər Əliyev zəkasının işığında” mövzusunda keçirilən beynəlxalq elmi konfransda Elm və Təhsil Nazirliyi Neft və Qaz İnstitutun şöbə müdiri Fəxrəddin Kərimov sertifikatla təltif olunub.

Qeyd edək ki, Fəxrəddin Kərimov “Heydər Əliyev və Azərbaycanda ekoloji siyasət” məruzəsi ilə çıxış edib.