AZƏRBAYCAN RESPUBLİKASI ELM və TƏHSİL NAZİRLİYİ

NEFT VƏ QAZ İNSTİTUTU

Xəbər

2023-12-22 12:45:59 296

Neft və Qaz İnstitutunun əməkdaşı beynəlxalq seminarda iştirak edib

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında “Xəzər və dünya akvatoriyasında dinamik neft sızmalarının lokallaşdırılması” mövzusunda II beynəlxalq seminar keçirilib.

Seminarda Fövqəladə Hallar Nazirliyi, Dövlət Dəniz Akademiyası, SOCAR, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində “Azərbaycan Respublikasının Kosmik Agentliyi” publik hüquqi şəxs, Müdafiə Sənayesi Nazirliyi Milli Aerokosmik Agentliyi, AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi, Elm və Təhsil Nazirliyinin akademik Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun nümayəndələri iştirak ediblər.

Seminarda Elm və Təhsil Nazirliyi Neft və Qaz İnstitutunun əməkdaşı Fəxrəddin Kərimov iştirak edib.

Seminarın keçirilməsində məqsəd neft sızmaları ilə mübarizə sahəsində təcrübə mübadiləsinin aparılması, müvafiq qurumlar arasında sözügedən istiqamətdə beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi, qarşılıqlı fəaliyyətin təkmilləşdirilməsi olub. Seminarda Xəzər dənizində və dünya akvatoriyasında mümkün neft sızmaları və bu sızmaların qarşısının operativ alınmasında birgə fəaliyyətin əhəmiyyətindən danışılıb, sözügedən sahədə beynəlxalq əməkdaşlığın genişləndirilməsinin müvafiq ekosistemin qorunub saxlanılmasına mühüm töhfə verəcəyi vurğulanıb.

Tədbirin sonunda seminar iştirakçılarına FHN Akademiyasının sertifikatları təqdim olunub.