AZƏRBAYCAN RESPUBLİKASI ELM və TƏHSİL NAZİRLİYİ

NEFT VƏ QAZ İNSTİTUTU

Xəbər

2024-01-08 10:40:57 295

Neft və Qaz İnstitutunda elmi seminar keçirildi

7 yanvar 2023-ci ildə Elm və Təhsil Nazirliyi Neft və Qaz İnstitutunda elmlər doktoru, professor Vaqif Kərimovun rəhbərliyi ilə elmi seminar keçirildi. Seminarda 2020-2023-cü illərdə aparılan tədqiqat işləri müzakirə olundu. Seminarın əsas mövzusu Cənubi Xəzər hövzəsində karbohidrogen sistemlərinin yaranma və paylanma şəraiti və ana süxurların xarakteristikası müzakirə olundu. İlk dəfə olaraq, Neft və Qaz İnstitutunda Moskva Geoloji Kəşfiyyat Universiteti ilə birlikdə yerinə yetirilən Cənubi Xəzər hövzəsində yayılan karbohidrogen sistemlərinin modellərinə baxıldı. Bu modellərin əsasında neft və qaz axtarış kəşfiyyat işlərinin prioritet istiqamətləri müəyyən edildi.

Nəticə olaraq, qərara alındı ki, Neft və Qaz İnstitutunda neft və qaz sistemlərinin modelləşdirilməsi mövzusunda daimi fəaliyyət göstərən elmi seminar təşkil edilsin.