AZƏRBAYCAN RESPUBLİKASI ELM və TƏHSİL NAZİRLİYİ

NEFT VƏ QAZ İNSTİTUTU

Xəbər

2024-02-22 10:26:19 150

Elm və Təhsil Nazirliyi Neft və Qaz İnstitutunun Elmi Şurasının iclası keçirilib

İclasa sədrlik edən institutun baş direktoru, akademik Fəxrəddin Qədirov gündəlikdə duran elmi-təşkilati məsələlər ilə Şura üzvlərini tanış etdi.

Elmi şura üzvləri tərəfindən gündəlik yekdilliklə təsdiq olundu.

İclasda g.-m.e.n. Qəhrəman Qəhrəmanov “Cənubi Xəzər çökəkliyində Məhsuldar Qatın dərin hissəsinin neftlilik-qazlılıq potensialının qiymətləndirilməsinə müasir yanaşma” mövzusunda elmi məruzəsi ilə çıxış etdi. Məruzəçi aparılan elmi-tədqiqat və təcrübi işlərin nəticələrinin sənaye əhəmiyyətli zəngin ehtiyata malik neft-qaz və qaz kondensat yığımlarının iri ölçülü strukturlarda cəmləşməsini qeyd etdi. İri ölçülü strukturlarda aparılmış axtarış-kəşfiyyat-qazıma işlərinin əksəriyyəti müsbət nəticələr verdiyini qeyd etdi.

Müzakirədən sonra g.-m.e.n. Qəhrəman Qəhrəmanovun “Cənubi Xəzər çökəkliyində Məhsuldar Qatın dərin hissəsinin neftlilik-qazlılıq potensialının qiymətləndirilməsinə müasir yanaşma” mövzusunda elmi məruzəsinin aktuallığı qeyd edildi.

İclasda elmi katib, y.e.f.d. Şəlalə Hüseynova Neft və Qaz İnstitutunun Elmi Şurasının 2024-cü il üçün iş planı barədə məlumat verdi.

G.-m.e.d. Namaz Yusubov “Müasir seysmoloji məlumatlar əsasında Cənubi Xəzər hövzəsinin dərinlik geoloji quruluşu” (2024-2026) və g.-m.e.d., prof. Vaqif Qurbanov və f.-r.e.d. Ədalət Həsənov “Cənubi Xəzər meqaçökəkliyinin geodinamik rejiminin tədqiqi əsasında endodrenaj sistemlərinin aşkarlanması” (2024-2025) ETİ mövzuları üzrə proqramlar barədə məlumat verdilər.

Elmi şura üzvləri tərəfindən elm-tədqiqat mövzuları müzakirə olunaraq dinlənildi və qəbul olundu.