AZƏRBAYCAN RESPUBLİKASI ELM və TƏHSİL NAZİRLİYİ

NEFT VƏ QAZ İNSTİTUTU

Xəbər

2024-03-29 10:39:11 143

Akademik Fəxrəddin Qədirova yubiley medalı təqdim olunub

ARETN Neft və Qaz İnstitutunun baş direktoru akademik Fəxrəddin Qədirov ölkə başçısının 2 fevral 2024-cü il tarixli Sərəncamı ilə “Heydər Əliyevin 100 illiyi (1923-2023)” Azərbaycan Respublikasının yubiley medalına layiq görülüb.
Azərbaycan Milli Elmlər Akademiyasında Elm Günü münasibətilə “Elm Günü və Günün elmi: humanitar tədqiqatlar və süni intellekt” mövzusunda keçirilən tədbirdə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli tərəfindən Yubiley Medalı akademik Fəxrəddin Qədirova təqdim edilib.