AZƏRBAYCAN RESPUBLİKASI ELM və TƏHSİL NAZİRLİYİ

NEFT VƏ QAZ İNSTİTUTU

Xəbər

2024-04-05 08:48:29 513

Elm və Təhsil Nazirliyi Neft və Qaz İnstitutunun Elmi Şurasının iclası keçirilib

İclasa sədrlik edən institutun baş direktoru, akademik Fəxrəddin Qədirov gündəlikdə duran elmi-təşkilati məsələlər ilə Şura üzvlərini tanış etdi.

Elmi şura üzvləri tərəfindən gündəlik yekdilliklə təsdiq olundu.
İclasda g.-m.e.n. Ülviyyə Mövsümova “Cənubi Xəzər hövzəsinin qərb (Azərbaycan) və cənub-şərq (Türkmənistan, İran) hissələrində süxurların karbohidrogen potensialı: müqayisəli təhlil” mövzusunda elmi məruzəsi ilə çıxış etdi. Məruzəçi Cənubi Xəzər hövzəsinin qərb (Azərbaycan) və cənub-şərq (Türkmənistan, İran) hissələrində süxurların karbohidrogen potensialı üzrə müxtəlif stratiqrafik süxurlarında və palçıq vulkanlarının (PV) tullantılarında üzvi maddələrin (ÜM) kəmiyyət və keyfiyyət xassələrinin müqayisəli təhlilini qeyd etdi.

Müzakirədən sonra g.-m.e.n. Ülviyyə Mövsümovanın “Cənubi Xəzər hövzəsinin qərb (Azərbaycan) və cənub-şərq (Türkmənistan, İran) hissələrində süxurların karbohidrogen potensialı: müqayisəli təhlil” mövzusunda elmi məruzəsinin aktuallığı qeyd edildi.

İclasda AMEA-nın müxbir üzvü Qalib Əfəndiyev “Qeyri müəyyənlik şəraitində quyuların qazılması prosesinin modelləşdirilməsi və qərarların qəbul edilməsi” (2024-2026) ETİ mövzuları üzrə proqramlar barədə məlumat verdi.

Elmi şura üzvləri tərəfindən elm-tədqiqat mövzuları müzakirə olunaraq dinlənildi və qəbul olundu.