AZƏRBAYCAN RESPUBLİKASI ELM və TƏHSİL NAZİRLİYİ

NEFT VƏ QAZ İNSTİTUTU

Xəbər

2021-01-06 18:28:06 1009

AMEA Neft və Qaz İnstitutunda qış imtahan sessiyası başlayıb

AMEA-nın Neft və Qaz İnstitutunda təhsil alan magistrantların 2020/2021-ci tədris ili üzrə qış imtahan sessiyası keçirilir.

İmtahanlar akademiya prezidentinin 24 dekabr 2020-ci il tarixli “AMEA-nın magistrantları üçün qış imtahan sessiyasının keçirilməsi haqqında” sərəncamına əsasən baş tutur.

Müəssisədə fevral ayının 1-nə kimi 21 imtahanın keçirilməsi nəzərdə tutulub. İlk olaraq institutun magistrantları Zülfüqar Ağayev “Təbii proseslərin geokimyası”, Murad Güləhmədov isə “Böyük intihablı quyuların qazılmasının innovasiyalı texnika və texnologiyası” fənni üzrə imtahan verib, yüksək nəticə əldə ediblər.