AZƏRBAYCAN RESPUBLİKASI ELM və TƏHSİL NAZİRLİYİ

NEFT VƏ QAZ İNSTİTUTU

Xəbər

2024-04-23 13:06:49 210

Neft və Qaz İnstitutunda ADNSU tələbələri ilə görüş keçirilib

Elm və Təhsil Nazirliyi Neft və Qaz İnstitutunda Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) IV kurs tələbələri ilə görüş keçirildi.

Görüşdə Neft və Qaz İnstitutunun icraçı direktoru, g-m.e.d, prof. Vaqif Qurbanov, şöbə müdiri f.- r.e.d. Ədalət Həsənov və Geoloji Kəşfiyyat fakültəsinin ictimai əsaslarla elmi işləri üzrə dekan müavini, g.-m.f.d, dosent Lalə Xəlilova iştirak edib.

Geoloji kəşfiyyat fakültəsinin “Geologiya və Geofizika mühəndisliyi” ixtisası üzrə sonuncu kurs tələbələrindən 25 nəfəri şöbə müdiri f.- r.e.d. Ədalət Həsənovun rəhbərliyi ilə “Neftli-qazlı hövzələrin analizi” şöbəsində istehsalat təcrübəsi keçiriləcək.