AZƏRBAYCAN RESPUBLİKASI ELM və TƏHSİL NAZİRLİYİ

NEFT VƏ QAZ İNSTİTUTU

Xəbər

2024-05-06 07:06:46 80

Elm və Təhsil Nazirliyi Neft və Qaz İnstitutunun əməkdaşının monoqrafiyası çapdan çıxıb

Neft və Qaz İnstitutunun əməkdaşı “Karbohidrogen yataqlarının işlənilməsinin texniki-texnoloji və iqtisadi problemləri” şöbəsinin müdiri, texnika üzrə fəlsəfə doktoru Bünyad Kazımovun “Reoloji xassəli süxurlara malik neft və qaz yataqlarının işlənilməsi proseslərinin tədqiqi” adlı monoqrafiyası çapdan çıxıb. Monoqrafiyada süxurların reologiyası nəzərə alınmaqla neft və qaz yataqlarının işlənilməsi prosesləri ilə bağlı bir sıra təcrübi əhəmiyyətli müxtəlif qoyuluşlu məsələlərin ədədi və təqribi həlləri nəticəsində alınmış hesablama üsulları gətirilmişdir.