AZƏRBAYCAN RESPUBLİKASI ELM və TƏHSİL NAZİRLİYİ

NEFT VƏ QAZ İNSTİTUTU

Xəbər

2024-07-02 09:45:33 48

Neft və Qaz İnstitutunun Elmi Şurasının növbəti iclası keçirilib

İclasa sədrlik edən institutun baş direktoru, akademik Fəxrəddin Qədirov gündəlikdə duran elmi-təşkilati məsələlər ilə Şura üzvlərini tanış etdi. Elmi şura üzvləri tərəfindən gündəlik yekdilliklə təsdiq olundu. 



İclasda t.e.d. Mahir Rəsulovun “Məsaməli mühitlərdə qarışıq fluidlərin hərəkətini təsvir edən riyazi modellərin xüsusiyyətləri” mövzusunda elmi məruzəsi ilə çıxış etdi. Məruzəçi tədqiqatın davam etdirildiyini qeyd etdi və alınmış ilkin nəticələri təqdim edərək bir neçə, qeyri-xətti differensial tənliklər vasitəsi ilə təsvir olunan riyazi modellərinin həllərində əmələ gələn xüsusiyyətləri təsbit etmiş və o xüsusiyyətləri nəzərə alan həllərin seçilməsi üsulları araşdırmışdır. O, həmçinin qeyd etdi ki, qeyri xətti adi və xüsusi törəməli diferensial tənlik və ya tənliklər sisteminin həllərində və ya həllin qradiyentlərində əmələ gələn partlama səbəbləri araşdırılmış, klasik həll anlayışının genişləndirilməsi zərurəti göstərilmış, əmələ gələn xüsusiyyətləri nəzərə alabilən zəif (ümumiləşdirilmiş) həllinin tapılması üçün Buckley-Leverett modeli əsasında zəif həll tətbiq edilmiş və zəif həllinin tapılması üçün yeni üsul təklif edilmişdir. Məruzə böyük maraqla qarşılandı və geniş müzakirələrə səbəb oldu.


Müzakirə zamanı t.e.d. Mahir Rəsulovun “Məsaməli mühitlərdə qarışıq fluidlərin hərəkətini təsvir edən riyazi modellərin xüsusiyyətləri” mövzusunda elmi məruzəsinin aktuallığı qeyd edildi. 



İclasda şöbə müdiri Fəxrəddin Kərimov “Atmosferə atılan karbon dioksidin tutularaq neft yataqlarının qalıq ehtiyatlarının çıxarılmasında istifadəsi metodologiyasının işlənməsi və ekoloji aspektləri” (2022-2024) ETİ-nin gedişatı haqqında çıxış etdi.

Elmi katib, y.e.f.d. Şəlalə Hüseynova elmi şöbələrin 2024-cü ilin I-ci yarımilliyi üzrə fəaliyyəti və Təhsil şöbəsinin müdiri Arif Hüseynov qiyabi doktorant Emil Əliyevin attestasiyasının nəticələri barədə məlumat verdilər.